Abduləzimova CEV kubokunda yarışacaq
İdman
24.01.2025 15:10
Voleybolçu Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxışını başa vurub.
TodayPress xəbər verir ki, Macarıstan təmsilçisi qrup mərhələsinin son oyununda Polşa “Budovlani”sinə 2:3 hesabı ilə uduzub.
Ayşən 10 xal toplayıb.
Qrupda “Fənərbağça” və “Budovlani”dən sonra üçüncü yeri tutan “Vaşaş” Çempionlar Liqası ilə vidalaşıb.
Abduləzimovanın şərəgini qoruduğu Macarıstan çempionu CEV kubokunda mübarizəni davam etdirəcək.
Namiq HUN
tag: Voleybol,Ayşən Abduləzimova,Vaşaş, Çempionlar Liqası,Macarıstan ,todaypress.az,