Abbasov türkiyəli həmkarı ilə görüşdü
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Türkiyənin Anyalya şəhərində təlim-məşq toplanışındadır.
TodayPress xəbər verir ki, milli komandanın baş məşqçisi Ayxan Abbasov “Antalyaspor” klubunun düşərgəsində olub.
O, Super Liqada çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.
Mütəxəssislər hər iki ölkə futbolu və komandaların hazırkı durumu barədə fikir mübadiləsi aparıblar.
Ayxan Abbasov türkiyəli həmkarına milli komandanın 5 nömrəli formasını hədiyyə edib.
Namiq HUN
tag: Emre Belezoğlu,Ayxan Abbasov,Məşqçi,U21,Görüş,İdman,Todaypress.az,