A Seriyasının sürpriz lideri
İdman
17.09.2024 09:20
Futbol üzrə İtaliya A Seriyasının IV turuna gözlənilməz liderlə yekun vurulub.
TodayPress xəbər verir ki, son oyun günündən sonra “Udineze” klubu birinciliyi ələ keçirib.
Udine təmsilçisi "Parma" ilə səfər matçında əzmkar qələbə qazanaraq, 1-ci pilləyə yüksəlib.
Fasiləyə 0:2 hesabı ilə məğub yollanan qonaqlar ikinci hissədə 3 qol vurublar.
Lorentso Lukkanın hesab arasındakı fərqi azaltdığı Ennio Tardini qarşılaşmasında Florian Tovenin dublu “Udineze"yə qələbə qazandırıb 3:2.
Komanda 4 oyundan sonra 10 xal toplayıb.
Namiq HUN
tag: Parma ,Udine ,Lorentso Lukkan ,Ennio Tardini, todaypress.az,