A Seriyasının oyunu fizioterapevtin ölümü səbəbi ilə başqa tarixə salındı
İtaliya A Seriyasının XXXIV turunda baş tutmalı olan “Atalanta” – “Leççe” oyunu qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümü səbəbi ilə başqa tarixə keçirilib.
TodayPress xəbər verir ki, bu barədə "Leççe"nin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın daha əvvəldən aprelin 25-də oynanılması nəzərdə tutulub. Lakin məlum səbəbə görə, matç 2 gün sonra - aprelin 27-də reallaşacaq.
Qeyd edək ki, 47 yaşlı klub işçisi otağında ölü tapılıb.
tag: Leççe, Atalanta, A Seriya,Fizioterapevt,Qratsiano Fiorita, Ölüm, todaypress.az,