A Seriyasının ən bahalı məşqçisi

İdman

09.07.2024 13:17

"İnter" futbol klubunun baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasında ən çox maaş alan mütəxəssis olacaq.

TodayPress xəbər verir ki, Milan təmsilçisi italiyalı mütəxəssisin müqaviləsinin müddətini 2026-cı ilin yayınadək uzadacaq. 

İnzaqinin məvacibi bonuslarsız bir mövsüm üçün 6,5 milyon avro olacaq. O, bu göstəricidə "Napoli"ni çalışdıran Antonio Konteni keçəcək.

Qeyd edək ki, Simone İnzaqi 2021-ci ildən "İnter"ə rəhbərlik edir. Komanda son mövsümdə onun rəhbərliyi altında İtaliya çempionu titulunu qazanıb. Bundan başqa İnzaqi “neradzurre” ilə 2 dəfə İtaliya kubokunu, 3 dəfə isə ölkə Superkubokuna sahib olub. 

Namiq HUN

tag: İnter, İnzaqin, Napoli, Superkubok, İtaliya, todaypress.az,