A Seriyasında ilin məşqçisi kim olacaq?

İdman

19.11.2024 14:10

İtaliya A Seriyasında ilin məşqçisi mükafatına namizədlərin adları açıqlanıb. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, mükafat üçün Simone İnzaqi (“İnter”), Can Pyero Qasperini (“Atalanta”) və Tyaqo Motta (“Bolonya”/”Yuventus”) mübarizə aparır.

Simone İnzaqi A Seriyasının daimi sakini olan “İnter” klubuna 20-ci dəfə İtaliya çempionu titulunu qazandırıb. 

Can Pyero Qasperini “Atalanta” klubunu tarixində ilk dəfə Avropa Liqası kubokunun qalibi edib. 

Hazırda “Yuventus”u çalışdıran Tyaqo Motta isə A Seriyasının 7 qat qalibi olan “Bolonya” klubunu Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. 

Qeyd edək ki, “İnter”, “Atalanta” və “Yuventus” klubları isə ilin ən yaxşı klubu adı uğrunda mübarizə aparırlar.

İtaliyada ilin ən yaxşı klubu və məşqçisi dekabrın 2-də məlum olacaq. 

Namiq HUN

tag: Simone, A Seriya, İnter, Tyaqo,Avropa, todaypress.az,