A Seriyası klubu Poqbadan imtina etdi
“Fiorentina” klubu “Yuventus”un və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Poqba ilə bağlı fikrini dəyişib.
TodayPress xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Florensiya təmsilçisi futbolçu ilə yaxından maraqlanırdı.
Ötən müddət ərzində tərəflər bir neçə görüş keçiriblər.
Lakin sonda klub rəhbərliyi qalmaqallı yarımmüdafiəçinin fiziki hazırlığına şübhə etdiyi üçün onunla müqavilə imzalamaq istəməyib.
Namiq HUN
tag: Pol Poqba,Fiorentina,Müqavilə,İmtina,Todaypress.az,