9 klub Çempionlar Liqası ilə vidalşdı

İdman

23.01.2025 10:32

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turunun nəticəsi turnirdə mübarizəni dayandıracaq klubların adlarına aydınlıq gətirib.   

TodayPress xəbər verir ki, turun ikinci oyun günündən sonra daha 3 komanda avrokuboklarla vidalaşıb. 

“Jirona”, “Sparta” və “Zalsburq”un mərhələ adlamaq şansları qalmayıb. 

Ümumilikdə isə turnirlə vidalaşacağı dəqiqləşən klubların sayı 9-a çatıb. 

Üç klubdan savayı, “Bolonya”, “Srvena Zvezda”, “Leypsiq”, “Slovan”, “Şturm” və “Yanq Boyz” komandaları da avrokuboklarla vidalaşıb. 

Liqa mərhələsinin son turunun oyunları yanvarın 29-da keçiriləcək.   

Namiq HUN

tag: UEFA,Liqa,Klub,Bolonya,Srvena,Todaypress.az,