9 Cüdoçu Paris Olimpiadasına yollanacaq
İdman
29.05.2024 15:53
Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında 7 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
TodayPress xəbər verir ki, bu, Beynəlxalq Cüdo Federasiyasının açıqladığı son olimpiya reytinqindən sonra bəlli olub. 12 təmsilçimiz - dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevlə (100 kq) yanaşı, Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Murad Fətiyev, Elxan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) olimpiadada iştirak hüququ qazanan idmançıların siyahısına daxil edilib. Lakin hər ölkə müvafiq çəkilərdə yalnız 1 cüdoçu ilə təmsil olunduğundan Parisə yalnız 9 idmançı gedəcək.
Olimpiadada iştirak edəcək idmançıların yekun siyahısını Azərbaycan Cüdo Federasiyası açıqlayacaq.
tag: İdman,Cüdo,Yay Olimpiya Oyunları,today press.az,