80 minlik stadion partladıldı
İdman
25.09.2024 14:43
Malayziyada dünyanın ən böyük stadionlarından biri dağıdılıb.
TodayPress xəbər verir ki, "Şah Aləm" adlı stadion 2024-cü ilin iyulundan sökülməyə başlayıb.
Arenanın əsas strukturu isə partlayıcı maddələrin köməyi ilə dağıdılıb. Söküntü prosesinin 2025-ci ilin ortalarına tam başa çatacağı gözlənilir.
Qeyd edək ki, 30 il əvvəl fəaliyyətə başlayan stadion 80 mindən çox tamaşaçı tutumuna malik olub. Arenada "Selanqor" klubu və Malayziya yığma komandası ev oyunlarını keçirib. Bundan əlavə, orada konsertlər də təşkil edilib.
Bir neçə il əvvəl arenanın qəzalı vəziyyətdə olması üzə çıxıb.
2020-ci ildə yenidənqurma cəhdlərinə baxmayaraq, “Şah Aləm” stadionunda problemi aradan qaldırmaq mümkün olmayıb.
Namiq HUN
tag: Malayziya ,Şah Aləm ,Arena ,Stadion ,Selanqor, todaypress.az,