72 yaşlı idmançı dopinq qəbul etdiyinə görə diskvalifikasiya edildi
İdman
27.06.2024 21:44
Amerika Antidopinq Agentliyi (USADA) 72 yaşlı yüngül atlet Robert Quallsı dopinq qəbul etdiyi üçün yarışdan kənarlaşdırıb.
TodayPress xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Məlumata görə, qadağa müddəti üç il olacaq. Fevral ayında müayinədən keçən idmançının test cavablarınin müsbət çıxdığı və nümunədə üç qadağan olunmuş maddənin - amfetamin, 19-norandosteron, həmçinin anabolik steroidlərin izlərinin aşkar edildiyi bildirilir.
İdmançı dopinq ittihamını qəbul edib.
tag: Atletika Çempionatı, Amerika Antidopinq Agentliyi, Robert Qualls, Diskavlikiasiya, todaypress.az,