6 cüdoçumuz “Böyük Dəbilqə”nin seçilmişlər arasında

İdman

23.01.2025 12:30

Parisdə keçiriləcək ilin ilk “Böyük Dəbilqə” seriyalı turnirində Azərbaycanın 6 cüdoçusu seçilmişlər arasında yer alacaq. 

TodayPress xəbər verir ki, cüdoçularımızdan ən yüksək yeri üçüncü start nömrəsi olan Murad Fətiyev (90 kq) tutub. 

Milli üzvlərindən Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Uşanqi Kokauri (+100 kq) də "seçilmişlər" arasındadırlar. 

Bu üstünlük cüdoçularımıza ilk döyüşlərdə reytinqi daha aşağı olan rəqiblərlə qarşılaşmaq və ya yarışa ikinci mərhələdən başlamaq imkanı verəcək.   

Qeyd edək ki, fevralın 1-2-də keçirilək turnirdə 11 cüdoçumuz çıxış edəcək.  Fransa paytaxtında tatami üzərinə yuxarıda sadalanan cüdoçularla yanaşı, Hüseyn Allahyarov (60 kq), Rəşid Elkiyev (66 kq), Vüsal Qələndərzadə (73 kq), Əjdar Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) çıxacaq.   

Namiq HUN

tag: Cüdo,Böyük Dəbilqə,Turnir,İdman,Todaypress.az,