57 yaşlı Miura yeni klubunu seçdi
İdman
13.11.2024 12:50
Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura yeni klubunu açıqlayıb.
TodayPress xəbər verir ki, 57 yaşlı hücumçu icarə əsasında “Atletiko Suzuka”da qalacaq.
Bu barədə forvard özü məlumat verib. Müqavilə ilə “Yokohama” klubuna məxsus olan Miura 2025-ci ilin yanvar ayında yenidən “Atletiko Suzuka”ya qayıdacaq.
O, 2024-cü ildə 11 rəsmi matçda meydana çıxıb.
Namiq HUN
tag: Dünya,Kazuyoşi Miura , Atletiko Suzuka, Miura, Müqavilə, todaypress.az,