52 yaşlı əfsanə çubuğunu yerə qoymur

İdman

21.09.2024 11:55

1064

“Kladno” klubunda çıxış edən çexiyalı əfsanəvi hücumçu Yaromir Yaqr ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurub.

TodayPress xəbər verir ki, 52 yaşlı hokkeyçi “Sparta” ilə görüşdə fərqlənib. Yaromirin qolundan sonra hesab 3:1 “Kladno”nun xeyrinə olub.

Qeyd edək ki, bu mövsüm Olimpiya və ikiqat dünya çempionu, elə o qədər də Stenli kubokunun qalibi olan Yaromir Yaqrın peşəkar karyerasında sonuncu olacaq.

Namiq HUN

tag: Kladno, Klub, Çexiya ,Hücumçu, Yaromir Yaqr ,Çempionat, todaypress.az,