500 min avroluq cərimə qüvvədə qaldı

İdman

17.10.2024 16:33

“Barselona”nın ötən mövsüm maliyyə pozuntularına görə UEFA-nın 500 min avroluq cəriməsinə etirazı nəticəsiz qalıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi Kataloniya təmsilçisinə verilən cəzanı qüvvədə saxlayıb.

Məhkəmə “Barselona”nın maliyyə “fayr-play” qaydalarının iki bəndini pozduğuna qərar verib. 

UEFA-nın pul cəzası əsaslı sayılıb.

Namiq HUN

tag: Barselona ,UEFA, Cərimə, Məhkəmə,Maliyyə, todaypress.az,