45 oyuna, 44 qol – Ronaldo ötən mövsümü dəyərləndirdi
İdman
05.06.2024 10:14
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo 2023/2024-cü illər mövsümünü karyerası baxımından dəyərləndirib.
TodayPress xəbər verir ki, portuqaliyalı futbolçu son mövsümdə özünü çox xoşbəxt hiss etdiyini bildirib. “Qol və ötürmə baxımından bəlkə də karyeramın ən yaxşı mövsümlərindən birini keçirdim. Tərəfdaşlarıma təşəkkür etmək istərdim, çünki onlarsız fərdi nailiyyətlər mümkün deyil. Bir mövsümdə vurulan qollara görə Səudiyyə Ərəbistanı çempionatının rekordunu qırdığım üçün qürur duyuram”, Ronaldo deyib.
Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Son mövsümdə o, Ər-Riyad klubunun heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar ötürmə edib. Forvard Səudiyyə Ərəbistanı Pro Liqasında 35 qol vurub.
Namiq HUN
tag: Ronaldo, Əl-Nəsr, Səudiyyə Ərəbistan, Klub, todaypress.az,