4 rekord ilə müşayət olunan 4 olimpiya qızılı
İdman
03.08.2024 11:18
Üzgüçü Leon Marşan Paris Olimpiadasında qızıl medal sayını 4-ə yüksəldib.
TodayPress xəbər verir ki, fransalı üzgüçü 200 metr məsafəyə qarışıq yarışda bu uğura nail olub.
Məsafəni 1:54.06 dəqiqəyə qət edən Marşan yeni olimpiya rekorduna imza atıb.
Qeyd edək ki, O, daha əvvəl 400 m fərdi qarışıq, 200 m brass və 200 m batterflyay üsulu ilə üzməkdə qalib olub.
Marşan çempionluq qazandığı bütün bu yarışlarda Olimpiya rekordları da müəyyən edib.
Namiq HUN
tag: Marşan, Çempionluq, Olimpiya,Üzgüçü, Paris, todaypress.az,