4 qat Avropa çempionu Hacı Əliyev güləşdən getdi

İdman

12.08.2024 10:20

Sərbəst güləşçi Hacı Əliyev (65 kq) peşəkar karyerasını başa vurub.

TodayPress xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Hacı Əliyev "Bu da son" başlığı ilə edilən paylaşımda hər kəsə təşəkkür edib. 

33 yaşlı güləşçi karyerası ərzində 3 dəfə dünya, 4 dəfə isə Avropa çempionu olub. O, 2016-cə il Rio Olimpiadasının bürünc medalına layiq görülüb. 2020-ci ildə isə Tokio Olimpiadasının gümüş medalına sahib çıxıb. 

Hacı Əliyev Paris Olimpiadasında 1/4 finalda çıxışını başa vurub.

Namiq HUN

tag: Hacı ƏIiyev, Güləş, Avropa Çempionu, Ria Olimpiada, Tokio, todaypress.az,