4 mövqeyə 5 yeni futbolçu: Mourinyo transfer siyahısını təqdim etdi
İdman
05.06.2024 12:06
Dünya şöhrətli futbol mütəxəssisi Joze Mourinyonu baş məşqçi təyin edən “Fənərbağça” klubu yeni mövsümə çempionluq iddiası ilə başlayacaq.
TodayPress xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk matçını 23-24 iyul tarixlərində keçirəcək "sari-lacivərdlilər" hazırkı heyəti qoruyub saxlamağı və yeni mövsümə mühüm transferlərlə başlamağı planlaşdırır.
Hazırda İstanbul təmsilçisi İrfan Can Kahveci ilə yeni müqavilə danışıqlarını davam etdirir. Klub rəhbərliyi Osayi-Samuellə də sözləşməni uzatmaq istəyir. Heyət üzvlərindən Dominik Livakoviç, Aleksandr Djiku, Rodriqo Bekao, Fred, Duşan Tadiç və Edin Dzekonun da komandada qalacağı şübhə doğurmur.
Bundan başqa "Fənərbağça" 4 mövqeyə 5 yeni transfer etməyi planlaşdırır. Baş məşqçi Joze Mourinyo 1 mərkəz müdafiəçisi, 1 yarımmüdafiəçi, 2 cinah və 1 hücumçu transfer etmək istəyir.
Namiq HUN
tag: Mourinyo, Transfer, Çempionlar Liqası, Joze Mourinyo, todaypress.az,