4 ilə 20 medal – Azərbaycan “Top-40”da

İdman

05.06.2024 16:54

Azərbaycan Olimpiya öncəsi keçirilən dünya çempionatlarında ən çox medal qazanan ölkələr siyahısında “Top-40”da yer alıb. 

TodayPress xəbər verir ki, Tokio-2020 Olimpiadasından ötən dörd il ərzində 104 ölkədən olan idmançılar olimpiya növlərində 875 dəst medala sahib çıxıblar. 

Azərbaycan idmançıları bu müddət ərzində 20 dəfə dünya çempionatlarında fəxri kürsüyə qalxıb. Qazanılmış medallardan 2-si qızıl, 5-i gümüş, 13-ü isə bürünc medaldır. Ümumi medal sayında “Top-40”da yer alan ölkəmiz Keniya ilə 36-37-ci yerləri bölüşür. Siyahıya 305 medalla ABŞ başçılıq edir. Çin(211) ikinci, Yaponiya (178) medalla üçüncüdür. 

Namiq HUN

tag: Azərbaycan, Olimpiya, Tokio, İdmançı, todaypress.az,