4 boksçumuz yarımfinala yüksəldi
Azərbaycanın gənc boksçuları Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirində uğula çıxış edirlər.
TodayPress xəbər verir ki, millimizin 4 üzvü Breila şəhərində təşkil olunan yarışın yarımfinal mərhələsinə yüksəlib.
Yığma üzvlərindən Zidan Hümbətov (54 kq) Roman Spakla (Moldova) ikinci raundda tam üstünlüklə qalib gəlib.
Sübhan Babayev (57 kq) Vasileios Vasileidas (Yunanıstan) üzərində 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb.
Mircəlal Mirağayev (80 kq) Alexandru Şurt (Rumıniya) ilə görüşün taleyini ilk raundda həll edib.
Məhəmməd Cəfərov (+92 kq) da ilk raundda Razvan Çiforu (Rumıniya) tam üstünlüklə məğlub edib.
Yarımfinala yüksələn boksçularımız özləri üçün ən azı turnirin bürünc medalını təmin ediblər.
“Drakula Open” turnirində final döyüşləri fevralın 23-də olacaq.
Namiq HUN
tag: Azərbaycan,Boks,Rumıniya,Drakula Open,Breila ,todaypress.az,