4 boksçumuz “Strandja” turnirin bürünc medalını təmin etdi

İdman

28.02.2025 12:05

2468

Bolqarıstanda keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirində 1/4 final mərhələsinə yekun vurulub. 

TodayPress xəbər verir ki, yarışda Azərbaycan millisinin 4 üzvü yarımfinal mərhələsinə yüksəlib.

Komandamızın liderlərindən olan Avropa çempionu Nicat Hüseynov (51 kq) Skott Riçardsa (Uels) 4:1 hesabı ilə qalib gələrək adını Sofiya turnirinin yarımfinalına yazdırıb. 

Zəlimxan Süleymanov (57 kq) 1/4 finalda Miçele Baldassidən (İtaliya) güclü olub 5:0.

Zaur Qəhrəmanov (67 kq) da Canluici Malanqanı (İtaliya) 5:0 hesabı ilə məğlub edib.

Nəbi İsgəndərov (67 kq) isə Rumen Rumenovla (Bolqarıstan) görüşü xeyrinə bitirib 5:0.

Dörd boksçumuz yarımfinala yüksəlməklə yanaşı, özləri üçün ən azı turnirin bürünc medalını da təmin ediblər.

Qeyd edək ki, beynəlxalq “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri martın 1-də keçiriləcək.

Namiq HUN

tag: Bolqarıstan,“Strandja” ,Boks,İdman,todaypress.az,