4 Avro-2024 matçı və 4 möhtəşəm rekord
İdman
16.06.2024 16:10
Futbol üzrə Avropa çempionatı parlaq start götürdü. Turnir çoxlu qollar və hər matçda qeydə alınan rekordlarla əlamətdar oldu. Qarşıda daha nələr olacağını isə hələ zaman göstərəcək.
TodayPress xəbər verir ki, Avropa çempionatında ilk rekord açılış matçında qeydə alınan ən böyük qələbə oldu.
Almaniya Avro-2024-ün açılış matçında Şotlandiyanı 5:1 hesabı ilə məğlub edərək, Avropa Çempionatları tarixi startlarının ən böyük qələbəsini qazandı. Bundestim üçün bu görüşün nəticəsi də tarixi oldu, belə ki, Almaniya millisi heç vaxt Avroda belə böyük hesabla qələbə qazanmamışdı.
Yeri gəlmişkən, 36 yaşlı Yulian Naqelsmann turnirin tarixinə ən gənc məşqçi kimi düşdü.
2-ci rekord Avropa çempionatları tarixinin ən gənc oyunçusu, həmçinin ən gənc assistenti ilə bağlıdır.
Xorvatiya komandasına qarşı oyunda İspaniya millisinin heyətində 16 yaş 11 ay 3 günündə meydana çıxan Lamin Yamal qitə yarışları tarixinin ən gənc futbolçusu oldu. Əvvəlki rekord 17 yaş 8 ay 1 günündə meydana çıxan Polşa millisinin üzvü Kasper Kozlovskiyə məxsus idi. Yamal assist etməklə də daha bir rekord göstəriciyə imza atdı.
3-cü rekord Avropa çempionatları tarixinin ən gənc milli kapitanı ilə bağlıdır.
Bu Dominik Soboslaidir. Macarıstanlı futbolçu 23 yaş 7 ay 21 günündə milli komandanı kapitan sarğısında meydana çıxardıb.
4-cü rekord isə Avro tarixində ən sürətli qolla bağlıdır.
Albanlar bu göstəriciyə İtaliya ilə matçın 23-cü saniyəsində fərqlənməklə nail olublar. "Sassuolo"nun yarımmüdafiəçisi Nedim Bayrami adını turnirin tarixinə yazmaqla 20 illik rekordu yenilədi. Ona qədər rekord göstərici Avro-2004-də matçın 68-ci saniyəsində yunanların qapısına qol vuran Dmitri Kiriçenkoya məxsus idi.
Namiq HUN
tag: Avropa çempionatı, Nedim Bayrami, Turnir tarixi,Şotlandiya, todaypress.az,