39 yaşlı müdafiəçi Premyer Liqanın tarixinə düşdü

İdman

05.12.2024 17:10

“Everton” klubunun futbolçusu Eşli Yanq İngiltərə Premyer Liqası tarixinin ən yaşlı cərimə zərbəsi vuran oyunçusu olub.

TodayPress xəbər verir ki, 39 yaşlı futbolçu buna XIV turda “Vulverhempton”la oyunun 10-cu dəqiqəsində fərqlənməklə nail olub.

Əvvəlki rekordçu 2000/01 mövsümündə 38 yaşında cərimə zərbəsini yerinə yetirən “Vest Hem”in keçmiş müdafiəçisi Stüart Pirs idi.

Eşli Yanq ötən yaydan “Everton”da çıxış edir. Müdafiəçi karyerası ərzində “Aston Villa”, “İnter”, “Mançester Yunayted” və “Uotford” klublarının formasını geyinib.

Namiq HUN

tag: İnter, Müdafiə ,Klub, Forma,todaypress.az,