37 yaşlı qapıçı “Betis”ə qayıtdı
İdman
09.07.2024 12:01
“Liverpul” futbol klubundan ayrılan qolkiper Adrianın yeni klubu müəyyənləşib.
TodayPress xəbər verir ki, futbolçu sabiq klubu “Betis”ə qayıdıb.
İspaniyalı qapıçı La Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Adrian “Betis”in yetirməsidir. O, 2013-cü ildə İngiltərəyə yollanıb. Adrian “Vest Hem” və “Liverpul” klublarının formasını geyib. 37 yaşlı futbolçu “qırmızılar”ın heyətində İngiltərə çempionatının, ölkə kubokunun, UEFA Superkubokunun, eləcə də klublararası dünya çempionatının qalibi olub.
Namiq HUN
tag: Liverpul, Futbol, İspaniya, Adrian Betis, İngiltərə, todaypress.az,