3 qat olimpiya çempionu koronavirusa yoluxdu

İdman

30.07.2024 10:08

Britaniyalı üzgüçü Adam Piti Parisdə koronavirusa yoluxub. 

TodayPress xəbər verir ki, bu barədə Britaniya Milli Olimpiya Komitəsi məlumat yayıb. 

Adam Piti brass üsulu ilə 100 metr məsafəyə üzməkdə gümüş medal qazandıqdan sonra boğazında ağrılar hiss edib. 

29 yaşlı idmançıdan götürülmüş COVİD-19 testinin nəticəsi müsbət olub. 

Parisdə karyerası ərzində olimpiadalarda üçüncü gümüş medalını qazanan Adam Piti qarşıdakı estafet yarışında da iştirak edəcəyinə ümid edir. 

Namiq HUN

tag: Britaniya, Adam Piti, Paris, Gümüş Medal, COVİD 19, Xəstəlik, todaypress.az,