3 gimnastımız Gimnaziadanın final mərhələsində
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında idman gimnastlarının mübarizəsinə start verilib.
TodayPress xəbər verir ki, Novi Sad turnirində Azərbaycan komandasının 3 gimnastı finala adını yazdırıb.
Gimnastlarımızdan Leyla Məmmədzadə dayaqla tullanmada və sərbəst hərəkətlərdə, Aynaz Məcidzadə müxtəlif hündürlüklü qollarda, Albina Aliyeva isə dayaqla tulanmada həlledici mərhələyə yüksəlib.
Namiq HUN
tag: Gimnastika,Azərbaycan,Final,Start,Todaypress.az,