3 boksçumuz Macarıstanda finala yüksəldi
Macarıstanda təşkil olunan boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.
TodayPress xəbər verir ki, Debretsen turnirində rinqə çıxan Azərbaycan millisinin 3 boksçusunun hər biri qələbə qazanaraq finala adını yazdırıb.
Tural Sarıyev (50 kq) finala aparan yolda macarıstanlı Peter Lakatosu 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib.
Məhəmmədəli Qasımzadə (60 kq) Uels boksçusu Aksel Eqartdan güclü olub 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27).
Əli Abdullayev (65 kq) isə yarımfinalda çexiyalı Erik Suçiyə qalib gəlib 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27).
Namiq HUN
tag: Azərbaycan,Boks,Debretsen,Turnir,Todaypress.az,