22 yaşında karyerasını başa vurdu
İdman
12.11.2024 13:25
Avstriyanın “Blau-Veys” klubunun futbolçusu Silvan Valner karyerasını bitirmək qərarına gəlib.
TodayPress “Blick” nəşrinə istinadən xəbər verir ki, isveçrəli mərkəz müdafiəçisinin bu addımına səbəb din olub.
22 yaşlı futbolçu şənbə günləri işləməyi qadağan edən protestantlığın qollarından birinin tərəfdarıdır. Avstriya çempionatının oyunları tez-tez şənbə gününə düşdüyündən, futbolçu artıq dinə qarşı çıxa bilməyəcəyinə qərar verib.
Qeyd edək ki, Valner sentyabr ayında “Sürix” klubundan “Blau-Veys”ə keçib. O, ötən müddət ərzində Linz təmsilçisində 5 oyun keçirib. Silvan İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığma komandasının da üzvü idi.
Namiq HUN
tag: Avstriya, Sürix, Blau-Veys, Linz, Valner, todaypress.az,