2034-cü il mundialı yanvarda başlaya bilər
İdman
04.12.2024 13:29
2034-cü ildəki futbol üzrə dünya çempionatı qışda keçirilə bilər.
TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, səbəb mundiala ev sahibliyi etmək üçün müraciət ünvanlayan yeganə ölkənin Səudiyyə Ərəbistanı olmasıdır.
Bu, dekabrın 11-də FIFA-nın Konqresində rəsmən təsdiqlənəcək.
Səudiyyə Ərəbistanında yay aylarındakı istini nəzərə alsaq, turnirin qışda təşkil olunma ehtimalı yüksəkdir.
Hazırda yarışın Ramazan ayı ilə üst-üstə düşməməsi üçün dünya çempionatının yanvarın əvvəlində başlaması variantı müzakirə edilir.
Namiq HUN
tag: Dünya, Müzakirə, Konqres, Çempionat, todaypress.az,