2024-ün ən yaxşı bombardiri Toral oldu

İdman

21.12.2024 17:55

Azərbaycan millisinin 2024-cü ildə ən yaxşı bombardiri Toral Bayramov olub.

TodayPress xəbər verir ki, bu il 10 oyuna çıxan futbolçu 3 qola imza atıb.

O, yığmanın tarixində bir təqvim ilində 3 və ya daha çox qola imza atan 15-ci futbolçudur. Torala qədər 14 oyunçu bunu bacarıb.

Onlardan ikisi – Qurban Qurbanovla Emin Mahmudov bunu hərəyə iki dəfə bacarıblar. Bir sözlə, tarixdə 17-ci dəfə bir futbolçu ən azı 3 qol vurmağı bacarıb.

Qeyd edək ki, il ərzində 2-dən artıq qol vuran ilk oyunçu Zaur Tağızadə olub. O, buna 1999-cu ildə imza atıb.

tag: Futbol, Toral Bayramov, Qol, Ən yaxşı ,todaypress.az,