16 yaşlı tacikistanlı rekordçu

İdman

30.10.2024 18:00

Məhəmməd Nəzriyev bir matçda qol sayına görə dünya rekordu müəyyən edib. 

TodayPress Sports.ru-ya istinadən xəbər verir ki, Tacikistanın 17 yaşlı futbolçulardan ibarət yığma komandasının üzvü Asiya Kubokunun seçmə mərhələsində Quamla matçda 14 qol vurub. 

Matç 33:0 hesabı ilə Tacikistanın gənclərdən ibarət yığmasının xeyrinə başa çatıb.

Tarixdə heç bir futbolçu FIFA-nın himayəsi altında keçirilən rəsmi oyunda bu qədər qol vurmayıb. 

Qeyd edək ki, həm ümumi qol, həm də dəqiq zərbələrin sayında əvvəlki nailiyyət Avstraliya komandasına məxsus idi. Onlar 2002-ci il Dünya Kubokunun seçmə mərhələsində Amerika Samoasını 31:0 hesabı ilə məğlub ediblər. Hücumçu Arçibald Tompson isə bu oyunda 13 qol vurub.

Namiq HUN

tag: Məhəmməd Nəzriyev, Tacikistan, Asiya, Quam, FIFA, todaypress.az,