16 yaşlı futbolçu "Mançester Yunayted"lə müqavilə imzaladı

İdman

11.07.2024 14:03

"Mançester Yunayted"in gənclər komandasının cinah hücumçusu Əmir İbrahimov “qırmızı şeytanlar”la yeni müqavilə imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat yayıb:

“Mən bu formanı və gerbi geyindiyim üçün, klubun tarixi ilə bağlı olduğum üçün fəxr edirəm” deyə İbrahimov bildirib.

16 yaşlı Əmir Dağıstanda doğulsa da, uzun müddətdir ki, İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edir. 2023-cü ilin fevralında İngiltərə U15 milisinin heyətində Belçika ilə yoldaşlıq matçında debut edən Əmir 60 dəqiqə meydanda olub. 

O, son mövsüm ingiltərənin U18 çempionatında bütün turnirlərdə üç oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Namiq HUN

tag: Mançester Yunayted, Futbolçu, Əmir Dağıstan, Belçika, İngiltərə, todaypress.az,