15 cüdoçumuz “Böyük Dəbilqə”nin seçilmişləri arasında
“Böyük Dəbilqə” turnirində Azərbaycanın 15 cüdoçusu seçilmişlər arasında yer alacaq.
TodayPress xəbər verir ki, yüksək reytinqli kişi cüdoçularımız arasında Rəşid Məmmədəliyev (73 kq) ikinci start nömrəsinə sahibdir.
Sıralamada üçüncü və altıncı mövqelərdə olan Zelim Tsakayev və Ömər Rəcəbli (hər ikisi 81 kq), dördüncü olan Murad Fətiyev (90 kq) və gücünə görə ikinci sayılan Uşanqi Kokauri (+10 kq) də var. Reytinqdə top 10-luqda yer alan Turan Bayramov, Balabəy Ağayev və Əhməd Yusifov 60 kq çəki dərəcəsində mübarizə aparacaq.
66 kq çəki dərəcəsində də Azərbaycanı üç cüdoçu - Ruslan Paşayev, Yaşar Nəcəfov və Rəşad Elkiyevtəmsil edəcək. Qadın cüdoçuların yarışında isə Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Acelya Toprak və Fidan Əlizadə (hər ikisi 63 kq) rahat start mövqelərinə sahibdir.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.
Namiq HUN
tag: Böyük dəbilqə,Turnir,Azərbaycan,Cüdo,Gimnastika,Todaypress.az,