114 yaşlı "Old Trafford" söküləcək
İdman
29.07.2024 15:26
“Mançester Yunayted” futbol klubunun rəhbərliyi yeni stadion tikmək üçün "Old Trafford"un sökülməsini planlaşdırır.
TodayPress xəbər verir ki, stadionun yenidən qurulması və ya sökülməsi ilə bağlı yekun qərar 2024-cü ilin sonuna kimi veriləcək.
“Qırmızı şeytanlar”ın yeni sahibi Cim Ratkliff arenanı sökməyə meyllidir. Yeni stadion isə 6 ilə tikiləcək və 2,6 milyard dollara başa gələcək. Arenanın tutumu təxminən 100 min nəfər olacaq.
Xatırladaq ki, bu il 114 yaşı tamam olan “Old Trafford” stadionu son mövsüm Premyer Liqanın 37-ci turunun “Arsenal”la oyunundan sonra zədələnib. Leysan yağışdan sonra arenanın damı suyun təzyiqinə tab gətirmədiyindən tribunalar su altında qalıb. 2012-ci ildən bəri “Old Trafford”da damın sızması problemi var.
Namiq HUN
tag: Mançester Yunayted, Cim Ratkliff, Old Trafford, Klub, todaypress.az,