Yaşar Gülər Hikmət Mirzəyevi qəbul etdi

Hərbi

25.01.2025 11:38

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib. 

tag: Türkiyə,Müdafiə,Yaşar Gülər,Hikmət Mirzəyev,Todaypress.az,