Yaşar Gülər “ADEX-2024” sərgisində iştirak etdi
Hərbi
24.09.2024 16:04
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində iştirak edib.
TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə MN bildirib.
Qeyd olunub ki, nazir Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birlikdə sərgidə nümayiş etdirilən məhsullara baxıb.
tag: Türkiyə ,Yaşar Gülər ,ADEX-2024, Azərbaycan ,Zakir Həsənov ,todaypress.az,