XTQ-lərimiz SEPAH-la birgə təlimə başladı - FOTO

Hərbi

25.11.2024 13:29

İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz-2024" birgə taktiki təlimi keçirilir.

Bu barədə TodayPress-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Daha sonra "Araz-2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

tag: XTQ, SEPAH,Azərbaycan, Müdafiə Nazirliyi, Araz-2024, todaypress.az,

photo
photo
photo