Xocalıda aşkar olunan ZRK “Hərbi Qənimətlər Parkı”nda yerləşdirildi
Hərbi
15.06.2024 12:55
Xocalı rayonu ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə 15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına təşkil edilən mediatur zamanı məlumat verilib.
Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.
tag: Xocalı, 2K11 Kruq, Hərbi Ekspert, Hərbi Qənimətlər Parkı, todaypress.az,