Ukrayna İsveçdən döyüş təyyarələri alır
Hərbi
10.06.2024 10:36
Kiyev İsveçin “Qripen” qırıcılarını qəbul etmək üçün lazımi infrastruktura malikdir.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Sergey Qolubtsov bildirib.
Qolubtsovun sözlərinə görə, “Qripen” İsveçin strategiyasına uyğun istehsal edilmiş bir təyyarədir. O, hətta adi yollardan istifadə edə bilir və heç bir xüsusi örtük tələb etmir. O demək olar ki, “F-16”da istifadə olunan funksiyaları özündə cəmləşdirir.
Qeyd edək ki, Ukrayna aviasiyası 2018-ci ildə mövcud sovet təyyarə parkını Amerikanın “F-16” qırıcıları, İsveçin “Qripen”, Avropanın “Eurofighter” və Fransanın “Rafale” təyyarələri ilə əvəz etməyi planlaşdırır. Ukrayna artıq bu təyyarələr üçün sorğu göndərib.
Günəş Mərd
tag: Ukrayna, İsveç, Təyyarə,Döyüş, todaypress.az,