Ukrayna “F-16”ları harada yerləşdirəcək?
Hərbi
10.06.2024 14:47
Müdafiə yardımı çərçivəsində Ukraynaya təhvil veriləcək “F-16”ın bir hissəsi xarici aviabazalarda yerləşdiriləcək.
TodayPress “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Aviasiya rəisi Sergey Qolubtsov deyib.
Onun sözlərinə görə, buna səbəb qırıcıları Rusiyanın hücumlarından qorumaqdır.
S.Qolubtsov qeyd edib ki, hazırda 4 ölkə Ukraynaya qırıcıların verilməsini təsdiqləyib, ancaq zaman keçdikcə say arta bilər.
Nərmin Tuncay
tag: Ukrayna, Dünya, F-16, Rusiya, todaypress.az,