Sülhməramlıların Azərbaycandan çıxarılması tam başa çatdı

Hərbi

12.06.2024 15:17

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib" deyə MN-in məlumatında qeyd olunub.

tag: Sülhməramlı, Azərbaycan, Vətən Müharibəsi, Rusiya Federasiyası, todaypress.az,