Sülhməramlılar Xocalını tərk edir
Hərbi
11.06.2024 22:06
Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
TodayPress xəbər verir ki, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib (report).
tag: Xocalı, Sülhməramlı, Rusiya, Hava limanı, todaypress.az,