Slovakiya 100 ədəd tank almağı planlaşdırır
Slovakiya Müdafiə Nazirliyinin rəsmiləri Budapeştdə keçirilən
Gələcəyin Zirehli Vasitələri Mərkəzi və Şərqi Avropa konfransı zamanı 104 yeni əsas
döyüş tankı almaq niyyətini açıqlayıblar.
TodayPress xəbər verir ki, inventarında “Leopard2A4” və
T-72M1 tankları olan Slovakiya T-72M1 tanklarını modernləşdirməyi
planlaşdırırdı, lakin sonradan bu plandan imtina edildiyi açıqlanıb.
Mövcud T-72M1 tanklarından 2030-cu ilə qədər istifadə etməyi
hədəfləyən Slovakiya ordusunun hansı tankı alacağı hələlik bəlli deyil.
tag: Slovakiya ,Hərbi ,Ordu ,Tank ,todaypress.az,