Rusiya nüvə təlimlərinə başladı

Hərbi

11.06.2024 10:45

Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlanılıb” deyə məlumatda qeyd edilib.

Bildirilib ki, təlimlər zamanı Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının istifadəsi üzrə birgə hazırlanması məsələləri işlənəcək.

tag: Rusiya, Nüvə, Müdafiə Nazirliyi,Belarus, Silahlı Qüvvələr, todaypress.az,