Rusiya Federasiyasında təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirilidi

Hərbi

12.04.2025 16:00

8

Sankt Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayev buradakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlarla görüşüb.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Fövqəladə və Səlahiyyətli səfir R.Mustafayev hərbi qulluqçularla Azərbaycan-Rusiya əməkdaşlığı, eləcə də beynəlxalq və regional proseslərdə ölkəmizin mövqeyi barədə geniş söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

Baş Konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin və hərbi attaşe polkovnik Kənan Təhməzovun da iştirak etdiyi görüş zamanı Azərbaycan nümayəndə heyəti zabit və kursantlarımızın məişət şəraiti və təhsil prosesi ilə yaxından tanış olublar.

tag: Müdafiə Nazirliyi,Hərbi Qulluqçu,Görüş,Tədbir,Todaypress.az,