Romi, Şimşək və Skubi ANAMA-ya təqdim olundu - FOTO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) üç yeni minaaxtaran it təqdim olunub.
TodayPress xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, itlərin quruma təqdimatı mərasimində həmçinin mina təhlükəsi ilə bağlı maarifləndirmə də aparılacaq.
Qeyd edək ki, itlərin adlarının Romi, Şimşək və Skubi olduğu açıqlanıb.
Töhfə Səməd
tag: Mina, ANAMA, Qarabağ, Mərasim, Romi, Şimşək, todaypress.az,
