“Qafqaz Qartalı - 2024” təlimi başa çatdı

Hərbi

12.06.2024 13:55

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

“Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

tag: Qafqaz Qartalı - 2024, Azərbaycan, Türkiyə, Gürcüstan, Xüsusi Təyinatlılar, Müdafiə Nazirliyi, Hərbi, todaypress.az,