Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə 14-16 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
tag: Müdafiə Nazirliyi,Pirəkəşkül,Sursat,Məhv,Todaypress.az,