Özbəkistan yeni zirehli transportyor hazırladı
Hərbi
22.07.2024 18:10
Özbəkistanın Müdafiə Sənayesi Agentliyi yeni “Arslon” zirehli transportyorunu hərbi sınaqlara göndərib.
TodayPress xəbər verir ki, bu barədə “Özbəkistan 24” məlumat yayıb.
Bildirilib ki, avtomobil NATO standartlarına uyğun hazırlanıb.
Dörd oxlu transportyor səkkiz paraşütçü və üç nəfərdən ibarət ekipajı qəbul edə bilir. “Arslon”un ön zirehi 30 mm çaplı deşici mərmilərdən qorunma təmin edir, yan zireh isə 14,5 mm çaplı güllələrin atəşinə tab gətirmək iqtidarındadır.
Transportyor, həmçinin ekipajını 10 kiloqramlıq partlayıcıdan da qoruya bilir. “Arslon”un çəkisi konfiqurasiyadan asılı olaraq 32-35 ton təşkil edir.
Töhfə Səməd
tag: Özbekistan, Arslon, Sınaq, NATO, Avtomobil, todaypress.az,